|
Enterprise Solution - Sizin fərdi ticarət saytınız
|
|
Tərəfdaşlıq marketinq
|
|
|
daha çox reklam agenti qazanın və satışların sayını artırın.
Mağazanızın reklam kampaniyasına rəhbərlik edin. Tərəfdaşlarınız öz saytlarında link/bannerlər yerləşdirərək sizin məhsullarınızı reklam edə və komissiya haqqı – satışlardan müəyyən faiz və ya alış-veriş həyata keçərilərkən müəyyənləşdirilmiş bonus (miqdarını özünüz təyin edirsiniz) əldə edə bilərlər.
|
|
|
Güclü platforma
|
|
|
Standart internet-mağaza üçün lazım olan bütün imkanlar bizdə vardır. Hətta daha artıq – 3 dildə interfeys və məhsulların kataloqu, istehsalçılar üzrə axtarış, alıcıların istəkləri siyahısı, müştəri rəyləri və məhsulların reytinqləri, yeniliklərin çatdırılması, məxsusi olaraq Azərbaycan üçün uyğunlaşdırılmış ünvana çatdırılma qiymətlərinin idarəolunması,məhsulların təfərrüatlı təsviri, endirilə bilən elektron məhsullar, məhsulların əlavə sahələri, “Hədiyyə Sertifikatları”, statistika və hesabatlar, bestsellerlərin və analoji məhsulların nümayişi, tərəfdaşlıq marketinqi və s. vardır.
|
|
|
Mağaza və məhsulların mərkəzi portalda nümayişi.
|
|
|
Məhsullarınız Terasell.com portalında kateqoriyalar üzrə nümayiş etdirilir. Mağazanız həmişə şəbəkəmizin mağazaları siyasına daxil olur. Bu ticarət portalında daimi pulsuz reklamdır.
|
|
|
Müştərilərin ümumi məlumatlar bazası
|
|
|
Terasell.com və şəbəkəmizin digər mağazalarının ziyarətçiləri avtomatik surətdə sizin müştərilər bazanıza daxil edilir. Alıcılar bir login və şifrə ilə istənilən mağazanı ziyarət edə bilərlər.Bu, onların daha rahat alış-veriş etmələrinə kömək edəcəkdir. Siz isə daha böyük auditoriya əldə edəcəksiniz.
|
|
|
Texniki dəstək
|
|
|
Əgər internet-biznesinizdə xüsusi texniki xidmətə ehtiyac duyulursa, bu xidmətləri aşağı qiymətlərlə sizin üçün təmin edə bilərik.
|
|
|
Qlobal axtarışda görünmə
|
|
|
Terasell.com bütün müştərilər üçün vahid giriş nöqtəsi və Azərbaycan üzrə məhsul və xidmətlərin universal axtarışını təmin edir. Bütün virtual mağazalarımızı və onların məhsullarını mərkəzi portalda axtarış vasitəsilə tapmaq mümkündür.
|
|
|
Peşəkar hostinq
|
|
|
Biz bütün mağazalarımızı paylanmış əlavələr server-klasterində qrid-hostinq və məlumatlar bazası ilə təmin edirik. Serverlər ABŞ-ın Kaliforniya ştatında yerləşir.
|
|
|
Gündəlik backup-arxivlər
|
|
|
Bütün məlumatlar hər 24 saatdan bir arxivləşdirilir (backup). Zərurət anında əlavə backuplar da mümkündür.
|
|
|
Miqrasiya edənlər üçün endirimlər
|
|
|
Əgər şəxsi tanınmış ticarət saytınız artıqvarsa, sizin üçün yenisini 50% endirimlə yaradarıq. Platformamız sizi daha böyük imkanlarla təmin edir.
|
|
|
Sistemin pulsuz yenilənməsi
|
|
|
Bütün sistemin daha güclü və sabit işini təmin etmək üçün mütəxəssislərimiz imkanların genişləndirilməsi üzərində daima çalışırlar. Tərəfdaşlarımız bütün yenilikləri PULSUZ əldə edirlər.
|
|
|
Veb-saytın yaradılması
|
|
|
Bəli, Ticarət saytınızın peşəkar dizaynının yaradılmasında sizə yardım edə bilərikş
|
|
|
İki cür ödəmə üsulu
|
|
|
Seçiminizı müvafiq olaraq 2 cür ödəmə üsulu təklif edin – “Çatdırılma zamanı ödəmə” və “Kredit kartları”. Əgər daha çox növdə ödəmə üsulu lazım gələrsə (PayPal, Authorize.net və s.) – bu da mümkündür.
|
|
|
Yeniliklərin çatdırılması
|
|
|
3 dildə yeniliklərin idarəolunması. Terasell.com-un yeniliklər xidmətində öz məqalələrinizi şəbəkənin qeydiyyatdan keçmiş bütün abunəçilərinə (yalnız öz mağazanızın ziyarətçilərinə deyil) göndərə bilərsiniz.
|
|
|
Məhsul kataloqu
|
|
|
Bəli, məhsullarınızın tam kataloqunun yaradılmasında sizə yardım edə bilərik. Redaktorları, tərcüməçiləri, fotoqrafları, texniki və marketinq məqalələrinin yaradıcılarını istifadənizə təqdim edirik.
|
|
|
Çatdırılma xidməti
|
|
|
Bakı və ətraf ərazilərə çatdırılma. Öz kuryer xidmətinizdən istfadə edə və ya Terasell.com-un mərkəzləşdirilmiş çatdırılma xidmətindən faydalana bilərsiniz. Çatdırılma haqqını ya müştəri, ya da satıcı ödəyəcək, bu qərar da sizin ixtyarınıza verilir.
|
|
|
Reklam
|
|
|
Terasell.com-da və ya şəbəkənin digər mağazalarında banner və ya mətn şəkilli reklamlar.
|
|
|
Cəld, ucuz və işlək
|
|
|
Biz mağazalar şəbəkəsi yaradırıq. Hazırlanma və dəstək zamanı sistemli yanaşmadan istifadə etdiyimizə görə qiymətlərimiz aşağıdır.Sifarişləriniz nə qədər çox olarsa, qiymətlər bir o qədər aşağı olacaqdır.
|
|
|
|
Pulsuz İnternet-mağaza istəyirsiniz? Standart Həlli-ni seçin.
|